GÜNORTADAN SONRA GÜN GÖRƏN

vəzifə, mənsəb və pul gördükdən sonra harınlaşan, davranış və münasibətini dəyişən adamlar haqqında işlədilən ifadə.

GÜNƏŞİ BATMAQ
GÜNÜ BAŞA VURMAQ
OBASTAN VİKİ
Günortadan sonra məhəbbət (film, 1957)
"Günortadan sonra məhəbbət" (ing. Love in the Afternoon) — rejissor Billi Uaylderin filmi. == Məzmun == Cazibədar gənc qız, Ariana Şavess gələcək violonçel ifaçısı kimi konservatoriyada təhsil alır. O, şəxsi xəfiyyə olan atası Klodla birlikdə yaşayır. Klod bir-birinə xəyanət edən ər-arvadları izləməklə özünə çörəkpulu qazanır. Bu dəfə onun köhnə marağının hədəfi Amerika pleyboyu Frenk Flenneqandır. Müştərilərdən biri arvadı ilə Flenneqanın eşq macərasından xəbər tutur və ona atəş açmaq qərarına gəlir. O, Flenneqanın öz məşuqələrilə görüşdüyü "Ris" otelinə daxil olur. Lakin orada arvadının əvəzinə "milyonçu" Ariananı tapır. Evdə atasının söhbətlərinə qulaq asan Ariana Frenkə qabaqcadan xəbərdarlıq edir və onu ölümdən qurtarır.
Qətldən yeddi gün sonra
== Məzmun == Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir. General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır. Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir. == Film haqqında == Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
100 gün sonra (film, 2004)
100 gün sonra — Lider Televiziyasında istehsal edilmiş sənədli televiziya filmi. == Məzmun == Film prezident İlham Əliyevin prezident seçilməsindən sonra keçən 100 gün ərzində görülən işlərdən bəhs edir. Prezident İlham Əliyev 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır.
28 gün sonra (film, 2002)
28 gün sonra (ing. 28 Days Later) – rejissor Denni Boylun postapokaliptik janrda olan bədii filmidir. Film Böyük Britaniya istehsalıdır və zorakılıq və qəddarlıq səhnələri ilə zəngin olduğundan 16 yaşından aşağı şəxslərin izləməsi üçün məsləhət görülmür. Film 2002-ci ildə çəkilmiş və 8 milyon dollara başa gəlmişdir. == Süjet == Filmin baş qəhrəmanı Cim komadan ayılarkən Londonu bomboş görür, lakin az sonra bir neçə quduzlaşmış şəxs ona hücum edirlər. Güclə qurtulan Cimə sonradan məlum olur ki, dəhşətli virus bütün Britaniya əhalisini zombiyə çevirmişdir, lakin Cim sağ qalmağı bacarır (filmin alternativ sonluğu da mövcuddur, orada Cim ölür) və 28 gün sonra zombilər aclıqdan tamamilə məhv olurlar. == Mükafatlar == Fim bir çox mükafatlara, o cümlədən "Ən yaxşı Britaniya filmi" mükafatına da layiq görülmüşdür. == Maraqlı faktlar == Filmdəki bəzi səhnələr 1988-ci ildə İraqın Hələbcə şəhərinə zəhərli qaz hücumu hadisəsindən bəhrələnmişdir. Filmdəki qəhrəmanlardan heç biri, filmin ikinci hissəsində (28 həftə sonra) iştirak etmir.
Gün
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Qətldən yeddi gün sonra (film, 1991)
== Məzmun == Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir. General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır. Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir. == Film haqqında == Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
Qaranlıqdan sonra
Qaranlıqdan sonra (yap. アフターダーク) Haruki Murakami tərəfindən tərəfindən 2004-cü ildə nəşr etdirilmiş romandır.
32. Gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Gün Ana
Gün Ana - türk və altay mifologiyasında Günəş Tanrıçası. Kün Ana və ya Günəş (Küneş) Ana olaraq da bilinər. Bəzən Yaşık Ana da deyilir. Monqollar Nar (Nara) Ece deyirlər. Altay türklərinin inancında göy aləminin ən yüksək qatında oturan, günəş tanrıçası olaraq görülə biləcək müqəddəs bir varlıqdır. Bu inanca görə Gün Ana insanların ilk böyük anası və Ay Ata ilk böyük atasıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya kültürlerinde dişi olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin ay isə soyuğun simvoludur.
Gün keçdi
Gün keçdi — kinorejissor Arif Babayevin bədii filmi. Gün keçdi — bəstəkar Emin Sabitoğlu haqqında çəkilmiş sənədli film.
Gün xan
Gün Xan - türk və altay mifologiyasında günəş xaqanı. Kün (Kön) Xan olaraq da bilinir. Oğuz xanın səmavi olan ikinci yoldaşından doğulan oğludur. Yer üzünün həyat qaynağı olan işıqları səbəbiylə Günəşə duyulan heyranlığın mifolojik dışavurumudur. Gün xanın onqonu Laçın (Şahin) kuşudur. Maviyə çalan bir rəngi vardır. Digər quşları ovlamaqda istifadə edilər. Gün Xan qızıl bir otağ (çadır) qurdurur. Sağ tərəfinə qırx qulac yüksəkliyindən bir dirək tikdirir. Üzərinə də qızıl bir toyuq qoydurur.
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Mehmet Gün
Mehmet Gün (türk. Mehmet Gün; 1954, Ankara – 26 fevral 2014, Berlin) — türk rəssam. == Həyatı == Mehmet Gün 1954-cü ildə Ankarada anadan olub. Vyana İncəsənət Akademiyasını başa vurmuşdur. Rəngkarlıqla yanaşı, fotoqrafiya ilə də məşğul olan türk rəssam Almaniyada "Denis Gün" kimi tanınırdı. Rəssamın "Galerie-Seitz" adlı qalereyası var idi. Mehmet Gün 26 fevral 2014-cü ildə Berlində müalicə olunduğu xəstəxanada 60 yaşında dünyasını dəyişib.
Nurəngiz Gün
Nurəngiz Gün (21 sentyabr 1938, Bakı, Azərbaycan SSR – 20 dekabr 2014, Bakı, Azərbaycan) — Azərbaycan şairəsi, aktrisası, diktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü (?-2014) == Həyatı == Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.Prezident təqaüdçüsü olmuşdur.23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir.Millət vəkili Jalə Əliyevanın anasıdır. == Yaradıcılığı == Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlmişdir.Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etmişdir.Şairə Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilmişdir.2010-cu ildə Xalq artisti Aygün Kazımova Aygün Səmədzadənin Nurəngiz Günün sözlərinə bəstələdiyi "Yol gedirəm" mahnısını ifa etmişdir. === Kitabları === "Ağ qanadlar", 1986 "Günəşə dua", 1990 "Tanrı bəşər övladıdır", "Yol gedirəm", "Xocalı simfoniyası" == Filmoqrafiya == Var olun, qızlar...
Yüz gün
Yüz gün — 1815-ci il martın 1-dən I Napoleonun Fransada hakimiyyətə qayıtması və 1815-ci il iyulun 1-də I Napoleonun istefasından sonra icra hakimiyyətinə cavabdeh olan hökumət komissiyasının ləğvi arasındakı fransız tarixinin dövrü. == Adaya gəliş == Paris sülh müqaviləsinin nəticəsi Napoleon Bonapartın artıq Avropanın siyasi həyatında iştirak edə bilməyəcəyi anlamına gəldi. Napoleonun sürgün edilməsi məsələsi, müttəfiqləri təmsil edən qraf Karl Nesselrode ilə İmperatoru təmsil edən hersoq Armen de Kolenkur arasında müzakirə edildi. Napoleona ömürlük sürgün yeri kimi adalardan birini seçmək təklif edildi: Korfu, Korsika və ya Elba . Napoleon doğma Korsikanın yaxınlığında yerləşən Elba adasını seçdi. 1814-cü il mayın 3-də Napoleon admiral Uşerin komandanlığı altında ingilis gəmisində tam sərəncamına verildiyi adaya gəldi. Mayın 14-də imperatora sadiqlik göstərən Pyer Jak Kambronn və köhnə qvardiyaçıların bir hissəsi ona qoşuldu. Həmçinin adada başqa generallar da vardı: Anri Bertrand, Antuan Druo və Boynod. Bələdiyyə sədrinin başçılıq etdiyi adanın sakinləri Portoferraio şəhərinin fəxri açarlarını təntənəli şəkildə imperatora təhvil verdilər . == Adada keçirdiyi dövr == Keçmiş imperatorun iqamətgahı olaraq Portoferraio yaxınlığındakı San Martino vadisində yerləşən dəbdəbəli bir köşk seçildi, lakin isti iqlim səbəbiylə Napoleon yalnız qışda orada qalırdı.
Sonra (film, 2012)
Sonra (ing. — After) 2012-ci il fastastik-gerilim filmi.
Yaponiya işqaldan sonra
Qoşunların yerləşdirilməsi şərtləri 1952-ci ilin 28 fevral tarixli sazişi ilə müəyyənləşdirildi. Sülh müqaviləsi və ona əlavə edilmiş sənədlər 1952-ci il 28 apreldən qüvvəyə mindi. Bunun ardınca ABŞ Uzaq Şərq komissiyasının və İttifaq Şurasının buraxıldığını elan etdi. Beləliklə də işğal rejiminə son verildi və yapon hökuməti üzərində amerika nəzarəti götürülmüş oldu. Sülh müqaviləsinin ən böyük əhəmiyyəti məhz bu idi. Sülh müqvailəsi ölkənin inkişafında yeni yol açdı. "Təhlükəsizlik müqavilələri" İlk təhlükəsizlik müqaviləsi San-Fransisko konfransı ərəfəsində Yaponiya və ABŞ arasında imzalanmışdır.ABŞ Yaponiyada öz qoşunlarını saxlamaq hüququ aldı.1960-cı ildə Vaşinqtonda yeni bir qarşılıqlı "əməkdaşlıq və təhlükəsizlik müqaviləsi" bağlandı. O, birlikdə hərbi əməliyyatlar keçirilməsini və Uzaq Şərqdə əməliyyatlarda yaponların bazalarından Amerika silahlı qüvvələrinin istifadəsini nəzərdə tuturdu.1960-cı il "Təhlükəsizlik müqaviləsi" hərbi ittifaq müqaviləsi idi. Bu müqaviləni 1951-ci ildəkindən fərqli olaraq, Yaponiya könüllü bağlamışdı. 1969-cu ildə ABŞ-Yaponiya "Təhlükəsizlik müqavilə"sinin müddəti yenidən qeyri-müəyyən müddətə uzadıldı.
Yaponiya işğaldan sonra
Qoşunların yerləşdirilməsi şərtləri 1952-ci ilin 28 fevral tarixli sazişi ilə müəyyənləşdirildi. Sülh müqaviləsi və ona əlavə edilmiş sənədlər 1952-ci il 28 apreldən qüvvəyə mindi. Bunun ardınca ABŞ Uzaq Şərq komissiyasının və İttifaq Şurasının buraxıldığını elan etdi. Beləliklə də işğal rejiminə son verildi və yapon hökuməti üzərində amerika nəzarəti götürülmüş oldu. Sülh müqaviləsinin ən böyük əhəmiyyəti məhz bu idi. Sülh müqvailəsi ölkənin inkişafında yeni yol açdı. "Təhlükəsizlik müqavilələri" İlk təhlükəsizlik müqaviləsi San-Fransisko konfransı ərəfəsində Yaponiya və ABŞ arasında imzalanmışdır.ABŞ Yaponiyada öz qoşunlarını saxlamaq hüququ aldı.1960-cı ildə Vaşinqtonda yeni bir qarşılıqlı "əməkdaşlıq və təhlükəsizlik müqaviləsi" bağlandı. O, birlikdə hərbi əməliyyatlar keçirilməsini və Uzaq Şərqdə əməliyyatlarda yaponların bazalarından Amerika silahlı qüvvələrinin istifadəsini nəzərdə tuturdu.1960-cı il "Təhlükəsizlik müqaviləsi" hərbi ittifaq müqaviləsi idi. Bu müqaviləni 1951-ci ildəkindən fərqli olaraq, Yaponiya könüllü bağlamışdı. 1969-cu ildə ABŞ-Yaponiya "Təhlükəsizlik müqavilə"sinin müddəti yenidən qeyri-müəyyən müddətə uzadıldı.
Ölümdən sonra evlilik
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. == Türk xalqlarında == Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir.Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar.Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Ölümdən sonra edam
Ölümdən sonra edam — artıq vəfat etmiş və dəfn olunmuş şəxsin edam cəzası kimi mutilyasiya proseduru. Bu, cəsədin eksqumasiyası və ritual "edamı" ilə əlaqələndirilir. Bu akt bəzən mərhumun dirilməsi ehtimalına maneə kimi, bəzən məğlub olmuş düşmənin cəsədini ələ salmaq, bəzi hallarda isə cinayətkarın artıq öldüyü halda cəzanın "gecikmiş" formada icrası kimi tətbiq olunurdu. Bəzi xristianlar hesab edirdilər ki, qiyamət günü ölülərin dirilməsi üçün cəsədin bütövlükdə şərqə – tarnıya tərəf baxaraq dəfn edilməsi lazımdır. Əgər bədənin parçalanması bütöv bir cəsədin dirilməsi ehtimalını dayandırırdısa, ölümdən sonra edam cinayətkarı cəzalandırmağın effektiv bir yolu hesab edilirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Henderson, Thomas Finlayson (1897). "Ruthven, John" . In Lee, Sidney (ed.). Dictionary of National Biography. Vol.
Ölümdən sonra həyat
Ölümdən sonrakı həyat — din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyat. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir.Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı ən başda gələn fundament ruhun ölümsüzlüyü — əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnızca ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır. == Ruhun əbədiyyəti inancı == Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir. Bu yerin adı qərbdə limbus olaraq adlandırılan bərzəx aləmidir.
12 əsr sonra
12 əsr sonra qısametrajlı sənədli televiziya filminin müəllifi Ramal Məmişovdur. Film rejissor Fərhad Zamanbəyov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bugünündən ətraflı bəhs edir. == Məzmun == Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bugünündən ətraflı bəhs edir. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi Heydər Əliyevin qətiyyətinin nəticəsi idi.Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.Babək rayonunda Elektrik şəbəkəsi, Yol Təmir istismar sahəsi, Rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Uzlük plitələr zavodu, "Şərab-2" Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir.Filmi Babək rayonuna və onun tarixinə səyahət də adlandırmaq olar.
32-ci gün
32-ci gün və ya 32. Gün (türk. Otuz ikinci gün) — 1985–2016 arasında Türkiyədə fəaliyyət göstərmiş televiziya xəbərlər proqramı. Veriliş ilk dəfə 1 oktyabr 1985-də TRT ekranlarında Məmməd Əli Birandın aparacılığı ilə ekran həyatına başlamışdır. İlk başlarda dövlət kanalı olan TRT 1-də göstərilsə də, sonlara özəl kanallarda fəaliyyətinə davam etmişdi. 2016-cı il 8 dekabr tarixində veriliş fəaliyyətini tam dayandırdı. == Tarixi == 32. Gün Türk televiziya tarixinin ən uzun müddəti və ən nüfuzlu xəbər proqramı olaraq qəbul edilir. Müxtəlif dövrlərdə Coşqun Aral, Mithat Bərəkət, Əli Qırca, Cenk Başlamış, Ahmet Sever, Bülənt Çaplı, Rıdvan Akar, Cüneyt Özdəmir, Can Dündar, Çiydəm Anad, Dəniz Arman, Ayfər Dədəqorqud, Sərdar Akinan, Kerem Şenel, Utku Başar və Günel Cantak verilişə öz töhfələrini vermişdir. İlk dövrlərində daha çox beynəlxalq siyasət mövzuları barədə rublikalar hazırlayan 32.
Ağ gün (Yaponiya)
Ağ gün (yap. ホワイトデー, ing. White day) — Hər il mart ayının 14-də Yaponiya ilə yanaşı Cənubi Koreya, Vyetnam, Tayvan və Çində də qeyd edilən qeyri-dövlət bayramı. == Tarixi == “Ağ gün”ün başlanğıcını reklam şirkətlərinin məhsullarını satmaq üçün həyata keçirdikləri satış kompaniyası qoyub. 1965-ci ildə “Marshmallow” şirniyyat şirkəti ağ zefiri satmaq üçün xüsusi kompaniyaya başlayır. Reklam kompaniyası kişiləri zərif cinsin nümayəndələrinin düz bir ay öncə “Sevgililər günün`də onlara aldıqları hədiyyəyə görə xanımlara təşəkkür etməyə çağırır. Qadınlar tərəfindən də rəğbətlə qarşılandığı üçün beləcə, “Marshmallow Day” yarandı. Daha sonra Ağ gün kimi adlanmağa başlamışdır. Hədiyyələr siyahısı genişlənərək şokolad və digər şirniyyatları ehtiva etməyə başladı və ənənəvi hal alaraq bayram kimi 14 marta təsadüf etdi. Bu tarix 14 fevral - Valentin günündən düz bir ay sonra idi.